Tehran: "Trampın hədələri qırmızı xəttdir" | VİDEO

      Tehran:    "Trampın hədələri qırmızı xəttdir" |    VİDEO
  31 May 2025    Oxunub:441
"ABŞ Prezidenti Donald Trampın İranı nüvə obyektlərinə zərbə endirməklə hədələməsi açıq-aşkar qırmızı xəttdir, ağır nəticələr qaçılmazdır".
Bu sözləri rəsmi Tehranın adı çəkilməyən nümayəndəsi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzarətindəki "Fars" xəbər agentliyinə müsahibəsində dilə gətirib. O vurğulayıb ki, Vaşinqton nüvə proqramı üzrə danışıqlarda diplomatik həll yolu axtarırsa, hədə-qorxudan, sanksiyalardan əl çəkməlidir.

"Bu cür hədə-qorxu İranın milli maraqlarına qarşı açıq düşmənçilikdir", - müsahib bildirib.

Tehran və Vaşinqton arasında nüvə proqramına dair danışıqların yenidən başlaması fonunda Donald Tramp İran hökumətini tez-tez bu ölkədəki nüvə obyektlərinə hücumla hədələyir. Çərşənbə günü Ağ Evdə jurnalistlərə müsahibəsində də Tehranla razılığa gəlməyi "çox istədiyini", ancaq "lazım gələrsə, "istədiklərinə hücum çəkib partlada biləcəklərini" söyləmişdi.

CNN: "Yeni nüvə sazişi tezliklə imzalana bilər"

ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar ötən ayın əvvəlində yenidən başlayıb. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilir. İndiyədək danışıqların dörd mərhələsi baş tutub. Sonuncu, yəni beşinci mərhələ isə Romada keçirilib. ABŞ Prezidenti Donald Tramp sonuncu görüş haqqında mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Vaşinqton "uğurlu danışıqlarda real irəliləyişə çatıb".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   ABŞ   nüvə-danışıqları  





Xəbər lenti